Yaponiya Ukrayna savaşından istifadə etməyə çalışır

  • By admin
  • 14 May 2022 21:33

ABŞ və Avropa Ukraynaya görə Rusiyaya qarşı getdikcə daha çox sanksiyalar tətbiq edərkən, Yaponiya mövcud vəziyyətdən öz mənfəətini götürməyə çalışır.

Gununsesi.info xəbər verir ki, bunu “Qlobal Tayms”ın müəllifi Çen Yanqjun bildirib.

“Yaponiyanın real strateji niyyəti həm daxili, həm də xarici siyasətdə diplomatik irəliləyişlərə nail olmaqdır”, – müəllif qeyd edib.

Müəllif iddia edir ki, Yaponiya hökuməti daxili siyasətində hərbi sənayenin inkişafına haqq qazandırmaq məqsədi güdür. Qeyri-sabit beynəlxalq vəziyyətə əsaslanan Yaponiya hakimiyyəti Baş nazir Fumio Kişida ilə birlikdə ölkənin müdafiə xərclərini ÜDM-in (NATO standartı) iki faizinə çatdırmaq niyyətindədir.

Gununsesi.info