Yaponiyada 6,7 bal gücündə zəlzələ baş verdi

  • Müəllif: Ayshan
  • 12 Dekabr 2025 08:16

Yaponiyanın şimal-şərqində, Aomori prefekturası sahillərində 6,7 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Milli Meteorologiya İdarəsi 1 metr hündürlüyə çata biləcək sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.

 

“Kyodo” agentliyinin məlumatına görə, zəlzələdən sonra Yaponiyanın şimal-şərqində yerləşən atom elektrik stansiyalarında hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. “TEPCO” şirkəti Aomoridəki “Hiqasidori” və Miyigidəki “Onaqava” atom elektrik stansiyalarında problem olmadığını bildirib.

Gununsesi.info