Yaralı şəxsə kömək etdi, dəfələrlə onun təcavüzünə uğradı

  • By admin
  • 30 İyul 2020 11:20

Türkiyənin Bursa şəhərində yaşayan qız küçədə yaralı olduğunu görərək, kömək etdiyi şəxsin təcavüzünə uğrayıb.

Gununsesi.info bildirir ki, Haberler.com məlumat verir ki, 20 yaşlı Qəmzə A. 21 yaşlı Yunus Əmrə Ç. tərəfindən dəfələrlə təcavüzə məruz qalıb.

Belə ki, Qəmzə A. yolda yaralı vəziyyətdə olan Yunus Əmrə Ç.-ni xəstəxanaya aparıb. Xəstəxanadan çıxandan sonra qız həmin şəxslə onun evinə qədər gedib.

Bu zaman Yunus Ə. Qəmzə A.-nı zorla evə salaraq, qapını bağlayıb və ona dəfələrlə təcavüz edib. Səhərə yaxın Qəmzə A. evdən qaça bilib.

O, başına gələnlərlə bağlı polisə şikayət edib.

Məhkəmə Yunus Ə.-nin həbs edilmədən mühakimə olunmasına qərar verib.

Gununsesi.info