Yeni ABŞ Prezidentinin alacağı maaş açıqlandı

  • By Günel
  • 10 Noyabr 2024 16:58

ABŞ Prezidenti seçilən Donald Trampın dövlət başçısı kimi illik maaşı 400 min dollar olacaq.

Beləliklə, Trampın Ağ Evdə aylıq maaşı 33 min dollardan çox olacaq. Amma Tramp 2016-2020-ci illərdə ölkəyə rəhbərlik edən zaman maaş almaqdan imtina etmişdi.

Gununsesi.info xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Trampın sərvəti ilə bağlı müxtəlif fikirlər olsa da, onun varidatı hazırda 6,49 milyard dollar dəyərində qiymətləndirilir. “Forbes” onun sərvətinin 8 milyard dollar, “Wall Street Journal” isə daha çox – 10 milyard dollar olduğunu yazıb.

Gununsesi.info