Yeni virus ocağı yenə Çində üzə çıxdı - İNFEKSİYA

  • By admin
  • 11 İyun 2022 10:43

Çinin paytaxtı Pekinin şimal-şərqindəki Çaoyan rayonunda yeni koronavirus ocağı aşkar edilib.

Gununsesi.info xarici media-platformalara istinadla xəbər verir ki, bu barədə Pekinin Səhiyyə Komitəsi məlumat paylaşıb.

Məlumatda deyilir ki, rayondakı barların birində COVID-19-a yoluxma ocağı üzə çıxarılıb. Son bir sutkada burada 61 nəfərdə virusa yoluxma faktı qeydə alınıb.

Profilaktiki tədbir kimi Çaoyan rayonunda epidemioloji şərtlər sərtləşdirilib, kafe, bar və əyləncə məkanlarının əksəriyyəti qapadılıb. Həmin dairədə yaşayan sakinləri isə karantinə alınır.

Onu da qeyd edək ki, Çaoyan Pekinin ən zəngin rayonlarından sayılır və burada xeyli sayda əcnəbi yaşayır.

Gununsesi.info