Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb

  • By ilhame
  • 12 Aprel 2024 20:25

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.

Gununsesi.info-nun Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.

Gununsesi.info