Zalkaliani: “Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk”

  • By admin
  • 24 Sentyabr 2020 12:53

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.

Gununsesi.info bildirir ki, APA-nın xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən-ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənir.

Həmçinin, son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, – deyə Gürcüstan XİN başçısı vurğulayıb.

“Report” isə xəbər verir ki, D.Zalkaliani azərbaycanlı həmkarının onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib:

“Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdır”.

Gununsesi.info