Zelenski bu ölkələri qarışdırdı

  • By admin
  • 13 Fevral 2021 13:14
Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə Çinlə Nepalı səhv salıb.
Gununsesi.info “strana.ua” portalına istinadən xəbər verir ki, dövlət başçısı öz tvitter hesabında Çin xalqını ölkənin Yeni ili münasibətilə təbrik edərkən səhvə yol verib. Prezidentin səhvinə istifadəçilər diqqət çəkib.“Bütün ukraynalılar və öz adımdan Çin lideri, hörmətli Si Tsinpini və dost Çin xalqını Bahar bayramı münasibətilə təbrik edirəm”, – deyə Zelenski yazıb.

O, təbrik fotosu olaraq Nepalın paytaxtı Katmandudakı Durbar meydanının fotosunu yerləşdirib.

Dövlət başçısı Ukrayna ilə Çin arasında davamlı əməkdaşlığa ümidvar olduğunu da qeyd edib. Sosial şəbəkə istifadəçiləri səhvi göstərdikdən sonra yazı silinərək yenisi ilə əvəzlənib, lakin bu dəfə fotoşəkil dərc olunmayıb.


Gununsesi.info