Zelenski Kanada baş naziri ilə görüşdü

  • By admin
  • 08 May 2022 22:32

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Castin Trudo ilə görüşüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Zelenski feysbuk hesabında bildirib.

“Kanada öz azadlığı uğrunda mübarizədə Ukraynaya dəstək verən liderlər sırasındadır. Kanadanın Baş naziri Castin Trudonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir. İnanıram ki, biz birlikdə bütün sınaqların öhdəsindən gələcəyik”, – Ukrayna lideri sosial şəbəkə hesabında yazıb.

Gununsesi.info