Əfqanıstanda qadın və qızların hüquqları bizi narahat edir - ABŞ DÖVLƏT DEPARTAMENTİ

  • By admin
  • 19 Avqust 2021 21:54

Əfqanıstanda qadın və qızların hüquqları, onların təhsil və məşğulluq, habelə hərəkət etmə hüquqlarına dair yaranmış vəziyyət bizi dərindən narahat edir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir:

”Biz Əfqanıstanda hakimiyyətdə olanları və vəzifə sahiblərini qadın və qızların hüquqlarının müdafiəsini təmin etməyə çağırırıq.

Bütün Əfqan xalqi olduğu kimi Əfqanıstanda yaşayan qadın və qızlar kimi təhlükəsiz və ləyaqətli şəraitdə yaşamağa layiqdir. Ayrı-seçkiliyin və zorakılığın istənilən formasının qarşısı alınmalıdır. Beynəlxalq icmanı təmsil edərək biz qadın və qızlara humanitar yardım və dəstək göstərməyə hazır, onların səslərinin eşıdılməsini təmin etməyə hazırıq.

Son iyirmi ildə Əfqanıstanda yaşayan qadın və qızların həyatlarının ayrılmaz hissəsinə çevrilmiş hüquq və azadlıqların gələcək hökumət təfərindən təmin olunmasını yaxından nəzarət altında saxlayacayıq”.

Gununsesi.info