Prezidentin sabiq köməkçisi Əli Həsənovu Türkiyədən Almaniyaya aparmağı planlaşdırırlar.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ə.Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyyə klinikasında bir həftəlik müalicə kursu qəbul edib. O, xəstəxananı tərk edərək bir neçə gün oteldə qaldıqdan sonra səhhəti pisləşdiyi üçün yenidən həmin xəstəxanaya yerləşdirilib.

Ə.Həsənovun müalicəsinin Almaniyada davam etdirilməsi üçün danışıqlar aparılır.

Gununsesi.info