Ərdoğan azərbaycanlı zabiti mükafatlandırdı  -FOTO

  • By admin
  • 31 Avqust 2021 15:07

Azərbaycan Ordusunun zabiti Cavidan İsmayılzadə Türkiyə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Quru Qoşunları Akademiyasından birinciliklə məzun olub.

Zabitimiz Türkiyə komando kursunu dərəcə ilə bitirib.

Beynəlxalq kursant kimi “Səmti Müəyyən Etmə” idman növündə Türkiyə ikincisi və Ordu birincisi medallarına layiq görülüb.

Cavidan İsmayılzadə ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Gununsesi.info