Ərdoğan Şuşanın azadlıq xəbərini Rəsulzadənin məşhur deyimi ilə dəyərləndirdi

  • By admin
  • 09 Noyabr 2020 17:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ordusunun Şuşanı işğaldan azad etməsinə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, qardaş ölkənin lideri bildirib ki, Şuşanın işğaldan azad olunması ilə birgə sevincimiz və ümidlərimiz artıb:”Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz, enməyəcəkdir! Bu münasibətlə İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa vaxtda işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təhvil veriləcək”.

GününSəsi