Ərdoğan yenidən Putinlə danışacaq

  • By admin
  • 01 Aprel 2022 14:57

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olacaq.

 

Gununsesi.info xəbər verir ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

 

“Bu gün prezident Putinin bir neçə beynəlxalq telefon danışığı olacaq. Ankaradakı həmkarlarımız artıq Ərdoğanla danışığın olacağını elan ediblər. Biz bunu təsdiqləyirik”, – deyə Peskov vurğulayıb.

 

Liderlər telefon söhbəti zamanı Ukraynadakı hadisələri müzakirə edəcəklər.

Gununsesi.info