10-cu siniflərin elektron yerdəyişməsi başlayır

  • By Günel
  • 12 Avqust 2025 08:45

Bu gün saat 11:00-da 2025-2026-cı tədris ili üzrə 10-cu siniflərin yerdəyişməsinə start verilir.

Gununsesi.info xəbər verir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 2-9 və 11-ci siniflər üçün yerdəyişmə 5 avqust saat 15:00-dan başlayıb.

Proses 20 avqust 18:00-a qədər davam edəcək.

Gununsesi.info