“PALMALI”dən vurulan gəmi ilə bağlı açıqlama - İki dənizçi həlak olub

PALMALI Şirkətlər Qrupunun idarə etdiyi “Royad Mammadov” adlı gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalıb.

 

Şirkətdən Gununsesi.info-ya verilən məlumata görə, hadisə 5 oktyabr 2026-cı il tarixində baş verib. Hücumdan sonra gəmidə yanğın başlayıb və heyətin təxliyəsi üçün xilasetmə işlərinə başlanılıb.

 

Hadisə nəticəsində iki dənizçi həyatını itirib. Digər ekipaj üzvləri isə sağ-salamat təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

 

PALMALI Şirkətlər Qrupu həlak olan dənizçilərin ailələrinə başsağlığı verib və onların ailələrinə hər cür dəstəyin göstərildiyini açıqlayıb.

 

Şirkətin məlumatında bildirilir ki, hadisə ilə bağlı proses aidiyyəti qurumlarla koordinasiya şəraitində yaxından izlənilir.

 

Həlak olan dənizçilərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.

 

 

 

Elmar

Gununsesi.info