Türkiyəli fenomen Dilan Polatın və həyat yoldaşı Engin Polatın şirkətlərində idarəçilik özünə qaytarılıb.
Gununsesi.info xəbər verir ki, Dilan Polat və həyat yoldaşı Engin Polatın şirkətlərinə təyin olunan qəyyumların səlahiyyətlərinə son qoyulub.
Məhkəmənin qərarına əsasən, şirkətlərin idarəçiliyi yenidən sahiblərinə verilib.
Xatırladaq ki, sözügedən şirkətlərə 2023-cü ildə Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilmişdi.
Qeyd edək ki, Dilan Polat 2023-cü ildə həyat yoldaşı Engin Polatla birlikdə həbs olunub. Noyabrın 1-də keçirilən əməliyyat zamanı cütlük də daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulması, cinayətkar dəstə yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittiham olunublar. Təxminən bir il həbsdə qalan cütlük məhkəmə qərarı ilə azadlığa buraxılıb.
Şəbnəm











