13 yaşlı oğlan itkin düşdü - FOTO

  • By Günel
  • 16 Yanvar 2025 08:47

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhmədov Vüsal Zahid oğlu yanvarın 15-də günorta saatlarında  Nəsimi Rayonu, Hüseynqulu Sarabski – 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində boz idman dəsti olub.

Məlumata görə, Vüsal autizm sindromludur.

Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.