200-ə yaxın iş yeri saxlayan “Gəncə-Tekstil” ASC-yə dövlət qayğısı vacibdir -FOTO/VİDEO

  • By admin
  • 31 May 2023 12:00

“Azərbaycanın bölgələrində iş yeri açmaq, yerli əhalini dolandırmaq dövlət və hökumət üçün ən ciddi dəstəkdir” desək yanılmarıq.

Büdcəsinin əsasən neftdən asılı olan ölkəmizdə hökumət qeyri-neft sektorunun inkişafı üçün müəyyən layihələr həyata keçirsə də bu, bölgələrdə  yetərli olmayıb.

Ona görə də bütün region insanlarının  iş üçün Bakıya axışması acı reallığımızdır.

Öz gücünə bölgələrdə müəssisə saxlayan sahibkarların taleyi  isə həyatın axarına buraxılıb.

Bir zamanlar zavodlarında, fabriklərində on minlərlə insanı çalışdığı Gəncə işsizlik sarıdan ciddi əziyyət çəkir.

Bu şəhərdə ağır şərtlər altında fəaliyyət göstərən, 200-ə yaxın sakinin iş yeri olan Gəncə Teksil ASC-nin durumuna diqqət çəkmək istərdik.

Gəncə kimi işsizliyin tüğyan etdiyi bir şəhərdə 200 nəfər üçün iş yeri açmaq və ciddi mətinliklər hesabına olsa da onu saxlamaq bu dövrün qəhrəmanlığı hesab edilməlidir.

Bu şəxs isə həmin ASC-nin sahibi Qabil Əliyevdir.

 

1926-ci ildə qurulan bu fabrik sovetlər dövründə 4 minə yaxın işçi çalışdırıb.

Ancaq sovetlərin dağılmasından sonra bu müəssisə də digərləri kimi dayanıb.

Ancaq iş adamı Qabil Əliyev 2005-ci ildə bu fabriki qismən bərpa elədi. Almaniya, Çin və digər ölkələrdən yeni avadanlıqlar  gətirərək, müəssisəni işə sala bilib. O, uzun illərdir ki, “Gəncə- Tekstil” ASC 200 nəfərlə işini davam etdirir.

Bir neçə sexin fəaliyyət göstərdiyi müəssisə hazırda tənzif və tibbi pambıq istehsal edir.

Müşahidələrimiz əsasında o da məlum oldu ki, hazırda bazar problemi olan müəssisənin fəaliyyətinə hökumət dəstəyi vacibdir.

Qabil Əliyev deyir ki, Azərbaycanın özəl banklarının təklif etdiyi kreditlər isə müəssisənin gələcək inkişafına deyil, onun çökməsi  riskini yaşadar: “Kredir faizləri o qədər yüksəkdir ki, müəssisə onu qarşılaya bilməz. Hesab edirəm ki, dövlət zəmanəti ilə bu müəssisəyə 3-4 faizlə kredit verilməsi bu fabrikin işini yüksək səviyyədə qurmasına və indiki ağır dönəmdə çalışan 200 işçinin gələcəyini də qarantiyaya almış olar”. 

Doğrudan da bu belədir. Xüsusilə, İqtisadiyyat Nazirliyi bu kimi məsələlərə prioritet yanaşmalıdır.

Şəhərin tam mərkəzində hektarlarla ərazisi olan bu müəssisənin müəyyən avadanlıqlarının yenidən alınmasına ehtiyac var.

Bu həm də daxili bazarı stimmulaşdırmaq deməkdir.  Son 10 ildə bu sahə ilə bağlı hər hansı bir fabrik açılmayıb. Ancaq buna baxmayaraq, ölkəyə teksil və digər iplik malları Türkiyə, Pakistan, İran və Çindən gətirilir.

Ölkəyə gətirilən xarici avtomobillərin qeydiyyat rüsumunu hər il bahalaşdıran hökumət bunu daxili bazarı qorumaqla əsaslandırır. Guya, qeydiyyatıl baha olan avtomobillərdən imtina edən yerli əhalini Neftçalanın, yaxud da Naxçıvanın istehsal etdiyi maşınları alacaq.

Hansiki o maşınlarda detalları xaricdən gətirilməklə burada yığılır.

Amma Gəncə Teksil ASC də xammaldan ən sonuncu məhsulun istehsalı üçün bütün baza var.

Müəssisənin icraçı direktoru Dilqəm Əliyev isə əməkdaşımıza deyir ki, bu müəssisənin ayaqda qalması üçün ciddi şəkildə  kommunal güzəştlər də tətbiq edilməlidir: “Xüsusilə, elektrik energisi və qaz təminatına müəssisə ay ərzində ağlasığmaz məbləğ ödəyir”. 

 

 

 

 

 

 

 

 

 

Elmar Elnuroğlu

Gununsesi.info