27 nəfər diri-diri yanıb - Şirkət sahibləri həbs olundu

  • By admin
  • 14 May 2022 10:48

Hindistan polisi şənbə günü müşahidə kameraları istehsalı müəssisəsinin yerləşdiyi binada baş verən yanğında azı 27 nəfərin ölməsindən sonra təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinən iki nəfəri həbs edib.

Gununsesi.info Reuters-ə istinadən xəbər verir ki, xilasetmə qrupları bütün gecəni Nyu dehli şəhərində yanmış dördmərtəbəli binanı təmizləmək üçün çalışıblar.
Yanğın cümə günü axşam baş verən zaman binada 75-dən çox adam olub. Hadisə şahidlərinin sözlərinə görə, bəziləri qaçmaq üçün pəncərədən atılıb, yanğınsöndürənlər isə şüşələri sındıraraq insanları kəndirlə xilas ediblər.
Səlahiyyətlilər yanğının birinci mərtəbədəki ofisdə başladığını və sürətlə yayıldığını bildirib. Şirkətin iki sahibi təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinərək aparılan istintaq çərçivəsində həbs edilib.
Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və onlara 200 min rupi (2580 dollar) məbləğində təzminat vəd edib.

Gununsesi.info