ABŞ-da aparılan bir araşdırmaya görə, zeytun yağı müntəzəm istehlak etmək Alzheimer kimi degenerativ xəstəliklərin riskini 28 faiz azaldır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ alimləri 28 il ərzində orta yaşı 56 olan 92 min 383 yaşlı insanı təhlil ediblər. Tədqiqat nəticəsində gündə ən az yarım xörək qaşığı zeytun yağı qəbul edən insanların, heç vaxt zeytun yağı istehlak etməyən və ya nadir hallarda istifadə edənlərə nisbətən Alzheimer riskinin 28 faiz azaldığı görülüb.
Həmçinin zeytun yağı istehlakının qadınlarda Alzheimer xəstəliyi riskini daha çox azaltdığı ortaya çıxıb.
Araşdırma nəticəsində o da məlum olub ki, marqarin və ya mayonez yerinə hətta bir çay qaşığı yağdan istifadə etmək demansdan ölüm riskini 8 faiz azaldır.
Zeytun yağının digər sübut edilmiş faydaları arasında xroniki xəstəliklərin qarşısının alınması və ürək xəstəliklərindən qorunma daxildir. Bundan əlavə, zeytun yağının müntəzəm istifadəsi tip-2 diabet riskini azaldır və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.
Orxan Saffari