42 yaşlı arvadını öldürən şəxs tutuldu

  • By admin
  • 25 Dekabr 2022 20:03

Dekabrın 14 -ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, o, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Gununsesi.info