600 məktəb dağılıb, yaşayış yerləri də hədəf alınıb - Arakçı

  • Müəllif: Firuzə
  • 27 Mart 2026 14:54

İranda 600-dən çox məktəb dağılıb və ya qismən ziyan görüb.

Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı onlayn müraciətində deyib.

“600-dən çox məktəb dağıdılıb və ya zərər görüb, nəticədə 1000-dən çox şagird və müəllim həlak olub və ya yaralanıb. Xəstəxanalar, təcili yardım maşınları, tibb işçiləri, xilasedicilər, neft emalı zavodları, su mənbələri və yaşayış yerləri də hədəf alınıb”, – Arakçı qeyd edib.

XİN başçısı İranın heç vaxt müharibə istəmədiyini, lakin özünü müdafiə etməkdə qətiyyətli olduğunu əlavə edib və beynəlxalq ictimaiyyəti ölkəsinə qarşı törədilən hücumları qınamağa çağırıb.

Gununsesi.info