66 yaşlı kişini cərəyan vurub öldürdü

  • By Günel
  • 20 Yanvar 2025 19:15

Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayevi yaşadığı evdə elektrik cərəyanı vurub.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info