75 yaşlı evli cütlük xoşbəxt bərabərliyin sirrini açıb - FOTOLAR

  • By Günel
  • 11 Fevral 2025 13:33

İngiltərədə yaşayan Trudy və Alan Thomlinson cütlüyü 75 illik evliliklərinin sirrini What’s The Jam nəşrinə danışıblar. Örnək cütlüyün fikrincə, uzunmüddətli münasibətlərin sirri nə vaxt susacağını bilməkdir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 97 yaşlı Alan və 96 yaşlı Trudi Tomlinson 75 il əvvəl rəqs dərsində tanış olublar. 1949-cu ildə evlənən cütlük sevgilərinin ilk günkü kimi təzə olduğunu bildiriblər.

75 yıllık evli çift, mutlu beraberliğin sırrını açıkladı - 2

İllər əvvəl birlikdə qocalar evinə köçən Trudi və Alan Tomlinson “Xoşbəxt evliliyin sirri nədir?” sualına cavab veriblər. İkili qeyd edib ki, tərəfdaşların nə vaxt susmalı olduğunu bilmək uzunmüddətli münasibətlərin qapısını aça bilər.

Daha əvvəl öz hekayələrini BBC-yə danışan ikili “bir-birimiz olmadan həyatı təsəvvür edə bilmərik” demişdi.

75 yıllık evli çift, mutlu beraberliğin sırrını açıkladı - 3

Evliliklərindəki harmoniyanı tolerantlığa borclu olduqlarını deyən yaşlı cütlük bildirib ki, insanların kiçik qüsurları ola bilər:

Bu, evliliyin bir parçasıdır. Uzaqlaşmaq düzgün deyil. Sizi maraqlandırmayan, ancaq həyat yoldaşınızın zövq aldığı fəaliyyətlərə hörmət edin və bir-birinizə yol açın”, – deyə bildiriblər.

Günel Həsənova

Gununsesi.info