Trampla Maskın yayınına kiberhücum…

  • By Günel
  • 13 Avqust 2024 15:23

ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp  1 ildən sonra X platformasına giriş edib. 88 milyon izləyicisi olan Tramp X hesabında sosial media platformasının sahibi Elon Maskla səmimi söhbət edib.

Onların qarşılıqlı söhbəti texniki problemlər səbəbindən planlaşdırılandan təxminən 40 dəqiqə gec başlayıb. Mask bu cür problemlərin arxasında “böyük bir kiber hücumun” olduğunu iddia edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, əvvəlcə keçən ay Pensilvaniyada keçirilən təşviqat kampaniyası zamanı, mitinqdə məruz qaldığı sui-qəsd cəhdi ilə bağlı olaydan danışaraq: “Bu bir möcüzə idi. Əgər başımı çevirməsəydim, səni nə qədər sevsəm də, indi səninlə danışmazdım”,- deyə Elon Maska bildirib.

Daha sonra Tramp Rusiyanın Ukraynaya hücumunda, hazırkı prezident Co Baydenin məsuliyyət daşıdığını, həmçinin “Əgər, Bayden vəzifədə olmasaydı, Rusiya əsla Ukraynanı işğal etməyəcəkdi”, – deyə bildirib.

Tramp Putinlə olan güclü əlaqələrinin olduğunu bildirərək və münaqişənin qarşısını ala biləcəyini iddia edərək, Putinə heç bir addım atmamağı da, tövsiyə etdiyini qeyd edib.

 

“Mən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi”, – deyən Tramp əlavə edərək bildirib ki, “Biz aramızda Ukrayna haqqında danışırdıq. Ukrayna onun göz bəbəyi idi, mən ona hücum etməməyi barədə demişdim”.

ABŞ-ın keçmiş prezidenti daha sonra Ukraynaya yardım məsələsinə toxunaraq, Avropa Birliyinin (AB) ABŞ-ın xərclərinə bərabər yardım etməyin vacibliyini söyləyib.

“Niyə Amerika Birləşmiş Ştatları Avropanı müdafiə etmək üçün Avropadan daha çox pul ödəyir? Bu heç məntiqli deyil. Ədalətsizlikdir və həll olunması vacib bir məsələdir”, –  deyə Tramp bildirib.

Həmçinin Avropa Birliyinin “ticarətdə ABŞ-dan böyük üstünlük əldə etdiyini” deyib.

“Onlar Çin qədər sərt deyillər, amma bərbaddırlar”,- deyə o qeyd edib.

 

Günel Həsənova

Gununsesi.info