Karla Sofia Gascon Oskar yarışından geri çəkilməyəcək

  • By Admin2
  • 08 Fevral 2025 14:50

“Emiliya Peres” filminin ulduzu Karla Sofiya Qaskon “Oskar”da “Ən yaxşı qadın rolu” nominasiyasına namizəd olub. İllər əvvəl verdiyi açıqlamalar və paylaşımları ilə reaksiyaların mərkəzində olan Qaskon namizədliyini geri götürməyəcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Oskar üçün geri sayım rəsmi olaraq başladı! Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən 1929-cu ildən bəri verilən və kino dünyasının ən yaxşılarını seçən Oskar mükafatlarına namizədlər açıqlanıb. “Oskar” mükafatlandırma mərasimini məşhur amerikalı tok-şou aparıcısı Konan O’Brayen aparacaq.

“Emilia Perez” 13 nominasiya ilə liderlik etdiyi halda, “Wicked” və “The Brutalist” hər biri 10 nominasiya qazanıb. 97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək.

Gascon bu kateqoriyaya namizəd olan ilk transseksual şəxsdir.

Ancaq aktyor Oskar mükafatına namizəd olduqdan sonra Qaskonun keçmiş paylaşımları yenidən gündəmə gəldi . Gascon 2020-2021-ci illərdə X hesabında Corc Floydun ölümü və Oskardakı inklüzivlik standartları ilə bağlı fikirlərini bölüşdü.

X hesabını bağlayan aktyor keçmişdəki irqçi, islamafobiya və ayrıseçkilik xarakterli paylaşımlarına görə üzr istəyib.”Mən bütün həyatım boyu daha yaxşı bir dünya üçün mübarizə aparmışam. İnanıram ki, işığın həmişə qaranlığa qalib gələcəyinə inanıram” deyən Qaskon CNN-ə deyib və əlavə edib ki, “incimiş ola biləcək hər kəsdən dərin üzr istəyirəm”.