Növbə Ankara bələdiyyəsinə çatdı

  • Müəllif: admin
  • 23 Sentyabr 2025 14:49

Türkiyədə indi də Ankara bələdiyyəsinə qarşı hüquq-mühafizə orqanlarının əməliyyatı başlayıb.

Qeyd edək ki, paytaxt bələdiyyəsi  müxalifətin nəzarətindədir.

Bələdiyyə başqanı Mansur Yavaş deyir ki, ondan əvvəlki AKP-li sədr Məlik Kökçəkin fəaliyyətinə dair 97 cinayət faktı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də heç biri araşdırılmayıb.

Kökçək milyarderdir, oğlu da hakim partiyadan deputat seçilib.

Mansur Yavaş Türkiyədə təmiz, dürüst imicli və çox nüfuzlu siyasi xadimdir. Əgər Əkrəm İmamoğluna qarşı baş verənlərin eyni ssenaridə ona qarşı törədilərsə, bunun hakimiyyətin üçün çox pis nəticələri ola bilər.

 

 

Elçin Rüstəmli

Gununsesi.info