Xəzər dənizində zəlzələ olub

  • Müəllif: Admin08
  • 24 Sentyabr 2025 08:40

Xəzər dənizində zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.

Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.

Gununsesi.info