“Dostum Bayramovla görüşmək çox xoş oldu” - FOTO

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2025 16:08

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Nyu-Yorkda görüşüb.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Pakistan XİN rəhbəri “X” hesabında paylaşım edib.

“BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qardaşım və dostum, xarici işlər naziri Ceyhun Bayramovla görüşmək çox xoş oldu. Pakistan və Azərbaycan tərəfdaşlıqlarını gücləndirməyə və dərinləşdirməyə sadiq qalır”, – paylaşımda deyilir.