Kənd Təsərrüfatı Nazirliyini idarə edənlərin bu sahəyə heç bir aidiyyatı yoxdur - EKSPERTDƏN MARAQLI ARAŞDIRMA

  • Müəllif: admin
  • 08 Oktyabr 2025 16:31

 

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli Kənd Təsərrüfatı Nazirliynin rəhbər şəxsləri ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.

 

Gununsesi.info-nun xəbərinə görə, ekspert   bildirib ki,  kənd təsərrüfatı naziri iqtisadçıdır:  “Onun kənd təsərrüfatına heç bir aidiyyəti yoxdur. Müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssisdir. Başqa bir müavini isə siyasətçidir – politoloq. Aparat rəhbəri də hüquqşünasdır. Nazirlikdə rəhbər vəzifədə bir nəfər də olsun, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis yoxdur”.

 

Afət Abbasova 

Gununsesi.info