Online satışlar arasında məhz bu cür satış növü də var.
Belə ki, bir çox insanlar evdə bişirdiyi qidaları online olaraq reklam edir və satır.
Məsələn, müxtəlif növ şirniyyatlar, tortlar bura daxildir.
Ancaq maraqlıdır, bu cür hallarda təhlükəlidirmi?
Qanun bu barədə nə deyir?
Hüquqşünas Rəşad Səfərov bu halın qiymətləndirilməsini Gununsesi.info-ya danışıb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində evdə bişirilən qidanı satmaq müəyyən şərtlərlə mümkündür, amma bunun üçün bəzi hüquqi tələblər var:
1)Sanitar-gigiyena tələbləri: Evdə hazırlanmış qida məhsulları sanitariya normalarına uyğun olmalıdır. Əks halda, məhsul satmaq qadağan olunur.
2)Vergi öhdəlikləri: Qonşulara satılan məhsul kiçik olsa belə, qanuni sahibkar kimi qeydiyyatdan keçmək və vergi ödəmək tələb oluna bilər.
3)Ticarət lisenziyası: Qida satışı kommersiya fəaliyyəti sayılır. Əgər bu fəaliyyət davamlıdırsa, mikro sahibkarlıq və ya fərdi sahibkar statusu tələb oluna bilər.
4)Təhlükəsizlik və məsuliyyət: Satılan məhsul sağlamlığa zərər verərsə, satıcı cinayət və ya inzibati məsuliyyət daşıya bilər.
Firuzə
Gununsesi.info












