Danışıqların nəticələri barədə məlumat verilmədi - Peskov

  • Müəllif: Firuzə
  • 24 Noyabr 2025 14:57

Cenevrədə ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Moskvaya məlumat verilməyib.

Gununsesi.info  xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Kreml İsveçrədə baş tutan danışıqlarla bağlı bütün KİV-də yayılan xəbərləri diqqətlə izləyir.

“Hələ rəsmi olaraq heç nə almamışıq”,- Peskov vurğulayıb. O, həmçinin əlavə edib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı yenilənmiş plan almayıb. Peskovun sözlərinə görə, sənədlə bağlı müzakirələr və təmaslar davam edir.

 

Gununsesi.info