Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş COP17 konfransı çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak etmək üçün Ermənistana səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
BMT baş katibinin təyyarəsi İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına enib. Onu hava limanında Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
COP17 çərçivəsində Liderlər Sammiti oktyabrın 16-da keçiriləcək. Konfransın özü isə oktyabrın 19-da başlayacaq və ayın 30-dək davam edəcək.












