Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 25 Noyabr 2025 10:10

Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 257, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

 

Gununsesi.info