Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb - FOTO

  • Müəllif: Firuzə
  • 25 Noyabr 2025 17:20

Paytaxtda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb.

Gununsesi.info  DİN-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb

 

Gununsesi.info