“Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” mövzusunda konfrans keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə iqtisadçı Eldəniz Əmirov çıxış edərək ölkəmizdə korporativ sosial məsuliyyət (KSM) mədəniyyətinin inkişafı ilə bağlı bir sıra məqamlara diqqət çəkib.
İqtisadçı qeyd edib ki, KSM sadəcə xeyriyyəçilik və epizodik sosial aksiyalar deyil, bu biznesin idarəetmə fəlsəfəsinin ayrılmaz hissəsidir.
“Bu risklərin azaldılması, şirkət reputasiyasının qorunması, müştəri və icmalarla etibarlı münasibətlərin qurulması və insan kapitalının gücləndirilməsi kimi strateji hədəfləri özündə birləşdirən konsepsiyadır”.
Gülxanım











