Ukrayna ordusu daha bir ərazidən rus qoşunlarını ÇIXARDI

  • Müəllif: Ayshan
  • 28 Noyabr 2025 19:22

Ukrayna silahlı qüvvələri Hulyaypole yaxınlığında vəziyyəti stabilləşdirə və rusların irəliləyişini dayandıra biliblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna müdafiə qüvvələri məlumat yayıb.

Daha əvvəl bölmələrdən birinin qəfil geri çəkilməsi səbəbindən Rusiya qoşunları Hulyaypolye yaxınlığında müdafiə qüvvələrinin cinahına daxil ola bilib.

Vəziyyəti stabilləşdirmək üçün həmin əraziyə 33-cü ayrı hücum polku göndərilib.

Polk bildirib ki, onlara yalnız hücumu dayandırmaq yox, həm də cəbhəni stabilləşdirib Rusiya Silahlı Qüvvələrinin irəliləyişini tam olaraq dayandırmaq mümkün olub.

Gununsesi.info