Zelenski Parisdə Makronla görüşəcək

  • Müəllif: Firuzə
  • 29 Noyabr 2025 20:54

Fransa Prezidenti Emmanuel Makron dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Məlumata görə, tərəflər Cenevrədəki müzakirələr, ABŞ-ın təqdim etdiyi plan və Avropa tərəfdaşları ilə koordinasiya kontekstində mövcud vəziyyəti, habelə davamlı və ədalətli sülhün şərtlərini müzakirə edəcəklər.

Gununsesi.info