Bakıda siçovullar maşınlara zərər vurdu - Video

  • Müəllif: Firuzə
  • 12 Dekabr 2025 12:26

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar darışıb.

Gununsesi.info xəbər verir ki, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.

Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.

 

Gununsesi.info