İcra başçısının sabiq müavini də azadlığa çıxıb

  • Müəllif: Firuzə
  • 22 Dekabr 2025 11:46

Neftçalının sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.

Gununsesi.info “Qafazinfo”-ya istinadən xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum edilib.

Gununsesi.info