ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan dilində bayram təbriki - VİDEO

ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon “X” sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.

“Bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir”, – o qeyd edib.

Daha ətraflı videoda: