İndoneziyada sel nəticəsində azı 16 nəfər həyatını itirib

İndoneziyada sel nəticəsində azı 16 nəfər həyatını itirib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir .

Şiddətli yağışların səbəb olduğu qəfil sel və torpaq sürüşməsi İndoneziyanın Şimali Sulavesi əyalətində azı 16 nəfərin ölümünə, 140-dan çox evin su altında qalmasına səbəb olub.

Qeyd edək ki, dekabr ayında baş verən sel hadisələrindən sonra isə hələ də 148 nəfər itkin düşmüş hesab olunur.

 

Günay

Gununsesi.info