Sevinc Həbibova: "Bu addım cəmiyyətin sağlam inkişafı üçün vacibdir"

Xəbər verdiyimiz kimi, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni – 524.2-ci maddəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə beş yüz manat məbləğində cərimə ediləcək.

Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova bu addımı doğru hesab edib:

“Dəfələrlə sosial şəbəkələrdə bu tip çağırışlarla rastlaşanda çox məyus olurdum. Sosial şəbəkələrdə fahişəliyə çağırışlar gənclərin düzgün dəyərlərini formalaşdırmasına mənfi təsir göstərir. Düşünürəm ki, təyin olunan cərimə ilə bu kimi davranışların qarşısı nisbətən alınacaq. Biz Azərbaycanda yaşayırıq, dəyərlərimizə hörmət etməliyik. 

Psixoloq əlavə edib ki, belə addımlar cəmiyyətin sağlam inkişafı üçün önəm daşıyır.

 

Günay

Gununsesi.info