Generalların polkovnik qardaşı vəfat etdi

  • Müəllif: Orxan
  • 31 Yanvar 2026 10:42

Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi polkovnik Telman İzzət oğlu Orucov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Bildirilib ki, 64 yaşlı polkovnik bu gün uzunsürən xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, Telman Orucov generallar – Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Gununsesi.info