Bu universitetdə müəllimlərin yarısı öz məzunlarıdır

  • Müəllif: Orxan
  • 31 Yanvar 2026 11:22

“Hər 2 müəllimimizdən 1-i ADPU-nun öz yetirməsidir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) açıqlamasında bildirilib.

Belə ki, Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin 49.2 %-i ADPU-nun öz məzunlarıdır.

Ümumilikdə universitetdə 775 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bundan başqa, 104 nəfər isə universitetdə inzibati vəzifə daşımaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olur.

Gununsesi.info