Günəşdə ən yüksəksəviyyəli partlayış qeydə alındı

  • Müəllif: Firuzə
  • 01 Fevral 2026 20:40

Fevralın 1-də Günəşdə X səviyyəli partlayış qeydə alınıb.

Gununsesi.info Oxu.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alışmanın pik həddi Bakı vaxtı ilə saat 16:33-ə təsadüf edib.

“Günəşdə ən yüksək sinifli partlayış baş verib. Ölçülən səviyyə X1.04-dür”, – deyə məlumatda bildirilir.

Alimlər yaxın vaxtlarda yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Gununsesi.info