Sabah bu şəxslər diqqətli olsunlar!

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 22:07

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Gununsesi.info Milli Hidrometeorologiya xidmətinə istinadən xəbər verir ki, sabahın havası ilə bağlı tibbi-meteoroloji proqnoz məlum olub.

Belə ki, fevralın 3-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir.

Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Gununsesi.info