Ukrayna Xarici İşlər Nazirliyi Əbu-Dabidə danışıqlar planlarını açıqlayıb

  • By Admin2
  • 04 Fevral 2026 16:06

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib ki, Ukraynadakı münaqişənin həlli üzrə üçtərəfli danışıqların yeni mərhələsində Ukrayna nümayəndə heyətinin diqqət mərkəzində hərbi və siyasi məsələlər olacaq. 

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

“Müharibənin hipotetik olaraq necə başa çatacağı ilə bağlı bir çox nüans var. Ukrayna tərəfi rusların və amerikalıların bu kontekstdə nə düşündüklərini öyrənməkdə maraqlıdır”, – deyə o bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, nümayəndə heyəti humanitar məsələlər üzərində də işləməyə davam edir.

Maqsud

Gununsesi.info