Bakıda 82 yaşlı qadın küçədə öldü

  • By Admin2
  • 23 Fevral 2026 14:05

Fevralın 22-si saat 10 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində küçədən meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, H.Quliyev küçəsi 20 ünvanının qarşısında ahıl qadın vəfat edib.

Ölən şəxsin qəsəbə sakini 1944-cü il təvəllüdlü Q.Solovyeva olduğu müəyyənləşib.

Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info